Türkiyə ordusu iki ölkədə altı PKK üzvünü zərərsizləşdirib
Tarix: 30-09-2024 12:01 | Bölmə: Dünya
Türkiyə ordusu iki ölkədə altı PKK üzvünü zərərsizləşdirib

Türkiyə ordusu iki ölkədə daha altı PKK üzvünü zərərsizləşdirib.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, İraq və Suriyanın şimalında yeni əməliyyat keçirilib:

"Qəhrəman Türk Silahlı Qüvvələrimiz tərəfindən İraqın şimalındakı Qara bölgəsində müəyyən edilən 4 PKK Suriyanın şimalındakı Fərat Qalxanı bölgəsində isə 2 PKK/YPG terrorçusu aşkarlanaraq zərərsizləşdirilib. Son terrorçu zərərsizləşdirilənə qədər bölgədə əməliyyatlar davam edəcək".

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}