İran daha şiddətli hücuma hazırlaşır
Tarix: 02-10-2024 12:20 | Bölmə: Dünya
İran daha şiddətli hücuma hazırlaşır

İsrail və ya ABŞ zərbə endirəcəyi təqdirdə İran ordusu yüzlərlə raket atacaq.

Reyting.az
“The New York Times”a (NYT) istinadla xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) adı açıqlanmayan üzvlərindən biri deyib.

“İsrail və ya onun əsas müttəfiqi ABŞ-nın cavab addımı atacağı təqdirdə İran ordusu qərb sərhədində yüzlərlə raketə malikdir”, - deyə qəzet qeyd edir.

ABŞ nəşri “Sepah”ın bəyanatına istinad edir və bəyanatda İsrailin cavab addımı atacağı təqdirdə daha şiddətli hücumun olacağı bildirilir.

Sənəddə deyilir: "Əgər sionist rejim (İsrail – red.) İranın əməliyyatına reaksiya verərsə, daha şiddətli hücumlara məruz qalacaq".

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}