Gürcüstan prezidenti Avropanın mənəvi dəstəyini həlledici sayır
Tarix: 03-10-2024 13:38 | Bölmə: Dünya
Gürcüstan prezidenti Avropanın mənəvi dəstəyini həlledici sayır

“Mən Avropa Komissiyasının sədri Ursula fon der Leyenə gürcü xalqının Avropa yolumuzu sürətləndirmək öhdəliyini bir daha təsdiq etdim”.

Reyting.az
xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili “X” sosial şəbəkəsində yazıb.

Prezident qeyd edib ki, oktyabrın 26-da gürcü xalqı öz Avropa seçimini edərkən özünü təcrid olunmuş hiss etməməsi üçün Avropanın mənəvi dəstəyinin həlledici əhəmiyyətini vurğulayıb.

Xatırladaq ki, Gürcüstan prezidenti Salome Zurabişvili Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə görüşüb. Bundan əvvəl isə Salome Zurabişvili bir sıra Avropa ölkələrində, o cümlədən Fransada olub və burada “Abxaziya Buçadan əvvəl olub” sənədli filminin nümayişində iştirak edib.

Prezident həmçinin Almaniyaya səfər edib, burada prezident Frank-Valter Ştaynmayerlə, Polşada isə prezident Anjey Duda ilə görüşüb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}