20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Nəsrullah öldürülməzdən əvvəl atəşkəs təklifini qəbul edibmiş
Tarix: 04-10-2024 08:34 | Bölmə: Dünya
Nəsrullah öldürülməzdən əvvəl atəşkəs təklifini qəbul edibmiş

Livanın xarici işlər və immiqrasiya naziri Abdullah Buhabibin “Həsən Nəsrullah öldürülməzdən əvvəl atəşkəs planını qəbul etdi”, - fikri dünyada yeni gündəm yaradıb və onun öldürülməsinin əsl səbəbləri bir daha müzakirəyə çıxarılıb.

Reyting.az
-ın xəbərinə görə, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib ki, əgər bu doğrudursa, heç bir şəkildə bizə bildirilməyib.

“Onun bunu etiraf edib-etmədiyini və Livan daxilində kiməsə dediyini bilmirəm. Açığı, ola bilsin ki, bu, bizim xəbərimiz olmayan bir məsələdir”, - Miller əlavə edib.

Atəşkəslə bağlı təkliflərini çatdırmaq üçün “Hizbullah” ilə bir neçə görüş keçirdiklərini bildirən Miller deyib: “Məncə, bütün tərəflər bizim irəli sürəcəyimiz təkliflərdən yaxşı xəbərdar idilər. Ancaq bu görüşlərdə heç vaxt “Hizbullah”ın qəbul etdiyi mesajı olmadı. “Hizbullah”ın və ya Nəsrullahın bunu qəbul etdiyini görmədik”.

Qeyd edək ki, livanlı nazir Buhabib ABŞ-nın PBS televiziya kanalında iştirak etdiyi proqramda Nəsrullahın öldürülməzdən əvvəl atəşkəsi qəbul etdiyini, ABŞ və Fransanın İsrailin baş naziri Binyamin Netanyahunun atəşkəsi təsdiqlədiyini onlara bildirdiyini deyib.

Xatırladaq ki, “Hizbullah” lideri Nəsrullah İsrail ordusunun sentyabrın 27-də Beyrutda vurduğu hava zərbələri nəticəsində öldürülüb.

İsrailin Livana qarşı “tammiqyaslı müharibə” niyyətində olub-olmaması ilə bağlı suala cavab olaraq sözçüsü Miller bildirib ki, İsrailin hücumları “Hizbullah” rəsmiləri və üzvlərini hədəf almaqla məhdudlaşıb. Miller israillilərin son bir neçə gündə etdiklərinin “onlara hücum edən terror təşkilatı “Hizbullah”ı hədəf almaqdan başqa bir şey olmadığına” işarə edib.

“Biz son nəticədə atəşkəs və diplomatik həll görmək istəyirik. Ən azı bu nöqtədə “Hizbullahı” sərhəddən geri itələməyə cəhd etmək üçün məhdud hücumların məqsədəuyğun olduğunu düşünürük”,- deyə ABŞ rəsmisi bildirib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər