Makron Livan və Qəzzada atəşkəsə çağırıb
Tarix: 07-10-2024 00:06 | Bölmə: Dünya
Makron Livan və Qəzzada atəşkəsə çağırıb

Fransa prezidenti Emmanuel Makron Livan və Qəzza zolağında atəşkəsin vacibliyini açıqlayıb. Bu barədə BFMTV Yelisey Sarayının bəyanatına istinadla xəbər yayıb.

Reyting.az
xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığında o, münaqişənin həllinin vaxtının yetişdiyini bildirib.

Qeyd edək ki, bundan əvvəl Makron İsrailə silah tədarükünü dayandırmağa çağırmışdı. Onun sözlərinə görə, hazırda əsas vəzifə Livanda münaqişənin genişlənməsinin qarşısını almaqdır.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}