Pakistanda çinlilər hədəfə alınıb, ölənlər və yaralılar var
Tarix: 07-10-2024 08:35 | Bölmə: Dünya
Pakistanda çinlilər hədəfə alınıb, ölənlər və yaralılar var

Pakistanın Karaçi şəhərində hava limanı yaxınlığında partlayış törədilib.

Reyting.az
Pakistan mətbuatına istinadla bildirir ki, dünən axşam saatlarında Kəraçinin Cinnah beynəlxalq hava limanı yaxınlığında baş verən partlayışda 3 xarici ölkə vətəndaşı həyatını itirib, 17 nəfər yaralanıb.

Kustar üsulla istehsal olunan partlayıcının işə salındığı qeyd edilib. Sind əyalətinin daxili işlər naziri Ziya Lancar əcnəbiləri daşıyan konvoyun hədəfə aldığını bildirib. Şəhərin müxtəlif yerlərindən eşidilən partlayış nəticəsində yaralananları ən yaxın xəstəxanalara çatdırıblar.

Daxili İşlər Nazirliyinin adının açıqlanmasını istəməyən rəsmisi deyib ki, bu, Çin vətəndaşlarına qarşı hücum olub.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}