20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
“İslami Cihad”-ın əlində kifayət qədər israilli əsir var
Tarix: 07-10-2024 09:49 | Bölmə: Dünya
“İslami Cihad”-ın əlində kifayət qədər israilli əsir var

Fələstinli qruplar İsrail həbsxanalarında saxlanılan fələstinlilərin mübadiləsini təmin etmək üçün kifayət qədər israilli əsir saxlayır. Bunu “İslami Cihad” Hərəkatının baş katibi Nahhale bildirib.

Reyting.az
-ın xəbərinə görə, Nahhale belə bir bəyanatı İsrail ordusunun Qəzza zolağına hücumlara başlamasının 1-ci ildönümündə verib.

Hücumların başladığı gündən müqavimət qüvvələrini birləşdirməyə qərar verdiklərini ifadə edən Nahhale deyib ki, HƏMAS siyasi müharibəni idarə etmək səlahiyyətinə malikdir. Nahhale əlavə edib ki, İsrailin əsir mübadiləsi və atəşkəs razılaşması ilə bağlı öhdəliklərindən qaçır və müqavimət qruplarını təslim olmağa məcbur edəcək şərtlər qoymağa çalışır.

İsrail ordusunun Qəzzadan tamamilə geri çəkilmə şərtini təkrarlayan Nahhale qeyd edib ki, Qəzzanın yenidən qurulması və İsrail həbsxanalarındakı fələstinlilərin azad olunması üçün əsir mübadiləsi razılaşması qaçılmazdır.

Qələbə üçün Fələstin müqavimət qüvvələrinin birliyinin zəruri olduğuna diqqət çəkən Nahhale bildirib ki, Fələstin xalqının birliyi İsraillə mübarizə üçün ən mühüm vəzifələrdən biridir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər