Kiyevə raket atıblar, partlayışlar olub
Tarix: 07-10-2024 10:13 | Bölmə: Dünya
Kiyevə raket atıblar, partlayışlar olub

“MiQ-31K” təyyarəsinin havaya qalxması ilə bütün Ukraynada hava hücumu xəbərdarlığı elan edilib və Kiyevdə partlayış səsləri eşidilib.

Reyting.az
xəbər verir ki, Kiyev Şəhər Hərbi Administrasiyasının məlumatına görə, Rusiyanın “MiQ-31K” daşıyıcılarından “Kh-47M2” raketləri buraxılıb və hazırda paytaxtda hava hücumundan müdafiə sistemi fəaliyyət göstərir.

Yerli media paytaxtda güclü partlayışlar barədə məlumat yayır.

Kiyevin meri Vitali Kliçko bildirib ki, ilkin məlumata görə, raket parçası şəhərin Solomenski rayonuna düşüb.

Kiyev Şəhər Dövlət Administrasiyasının rəhbəri Sergey Popko qeyd edib ki, tələfat və dağıntı olmayıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}