20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
ABŞ səfirinə ultimatum: ya üzr istə və ya ölkəni tərk et!
Tarix: 07-10-2024 10:53 | Bölmə: Dünya
ABŞ səfirinə ultimatum: ya üzr istə və ya ölkəni tərk et!

Uqanda prezidenti Yoveri Museveninin oğlu Muhozi Kainerugaba ABŞ-nın bu ölkədəki səfiri Uilyam Poppdan sabah səhərə qədər üzr istəməyəcəyi təqdirdə ölkəni tərk etməsini istəyib.

Reyting.az
-ın xəbərinə görə, Uqanda Silahlı Qüvvələrinin Baş gərargah rəisi olan general Muhozi Kainerugaba bununla ABŞ səfiri Uilyam Poppa ultimatum verib.

Yerli KİV-in məlumatına görə, Baş Qərargah rəisi deyib ki, Popp sabah səhərə qədər üzr istəməsə, ölkəni tərk etməlidir.

Kainerugabanın Poppdan niyə üzr gözlədiyi təfərrüatlı açıqlanmasa da, ABŞ nümayəndəsinin hökumətə zərər verdiyi iddia olunur.

Kainerugaba daha sonra ABŞ səfirini Uqanda liderinə hörmətsizlikdə ittiham etdiyi sosial şəbəkədəki paylaşımını silib.

ABŞ səfirliyi Uqanda Baş Qərargah rəisinin tələbindən təəccübləndiyini bildirib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər