İsrail Qəzzaya zərbə endirib, ölənlər və çoxsaylı yaralı var
Tarix: 14-10-2024 11:07 | Bölmə: Dünya
İsrail Qəzzaya zərbə endirib, ölənlər və çoxsaylı yaralı var

İsrail ordusu Qəzzada mülki insanların olduğu əraziyə zərbə endirib.

Reyting.az
xəbər verir ki, zərbə nəticəsində 4 nəfərin öldüyü, 40 nəfərin yaralandığı bildirilir.

İlkin məlumatlara görə, İsrailin Qəzza zolağının mərkəzi hissəsindəki Deyr-Belah şəhərindəki Əqsa Şəhidləri Xəstəxanası şəhərciyində məcburi köçkünlərin sığındığı çadırları vurması nəticəsində 4 nəfər ölüb, 40 nəfər yaralanıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}