Şimali Koreya ordusu yolları partladıb
Tarix: 16-10-2024 08:52 | Bölmə: Dünya
Şimali Koreya ordusu yolları partladıb

Şimali Koreya bölgədə gərginliyi artıracaq daha bir addım atıb.

Reyting.az
xəbər verir ki, Cənubi Koreya Baş Qərargahının məlumatına görə, Şimali Koreya iki ölkəni birləşdirən bəzi yolları partladıb.

Dağıntı Şimali Koreya Xalq Ordusunun (KPA) keçən həftə “İki Koreyanı tamamilə ayırmaq” bəyanatından sonra baş verib.

Xatırladaq ki, Şimali Koreya Xalq Ordusunun ötən həftə verdiyi açıqlamada Şimali Koreya ərazisini Cənubi Koreya ərazisindən tamamilə ayıracaq mühüm “istehkam layihəsi” üzərində çalışdıqları bildirilib.

Onu da qeyd edək ki, Cənubi Koreya Baş Qərargahının sözçüsü Li Sung Joon dünən mətbuat konfransında demişdi ki, Şimali Koreya iki ölkəni birləşdirən yolları partlatmağa hazırlaşır. Şimali Koreya ordusunun bu istiqamətdə müəyyən fəaliyyətlər həyata keçirdiyini qeyd edən Li Şimali Koreyanın Cənubi Koreya administrasiyasına təzyiqləri artırmaq üçün müxtəlif təxribatlara əl ata biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Yolların dağıdılması Şimali və Cənubi Koreya arasında münasibətlərin ciddi şəkildə pisləşməsindən xəbər verir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər