Türk ordusu 14 terrorçunu zərərsizləşdirib
Tarix: 16-10-2024 10:14 | Bölmə: Dünya
Türk ordusu 14 terrorçunu zərərsizləşdirib

Türkiyə Milli Müdafiə Nazirliyi İraqın şimalında həyata keçirilən hava əməliyyatı ilə bağlı təfərrüatları paylaşıb.

Reyting.az
xəbər verir ki, yeni məlumatda Şimali İraqa təşkil edilən hava əməliyyatında 14 terrorçunun zərərsizləşdirildiyi qeyd edilir.

Milli Müdafiə Nazirliyinin açıqlamasında “Türk Silahlı Qüvvələrimiz terror təşkilatı PKK-nı yuvasına vurmağa davam edir”,- ifadəsi işlədilib.

“İlkin məlumatlara görə, 9-11 oktyabr 2024-cü il tarixləri arasında İraqın şimalında həyata keçirilən hava əməliyyatları nəticəsində Qara bölgəsində 9, Hakurk bölgəsində 5 nəfər olmaqla 14 PKK terrorçusu zərərsizləşdirilib. Biz terroru mənbəyində aradan qaldırmağa qərarlıyıq, əməliyyatlar davamlı olacaq”,- deyə açıqlamada qeyd edilib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}