Erməni general ABŞ-da görüşlər keçirir
Tarix: 16-10-2024 12:04 | Bölmə: Dünya
Erməni general ABŞ-da görüşlər keçirir

ABŞ-a səfər edən Ermənistan müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəisi Edvard Asryan Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinin direktoru ilə görüşüb.

Reyting.az
xəbər verir ki, ABŞ Ordusunun Təhlükəsizliyə Yardım Komandanlığının komandanı, briqada generalı Alain Peper və ABŞ Müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini, müdafiə siyasəti idarəsinin direktoru Tressa Guenovla müzakirələr aparan erməni generalın daha kimlərlə görüşəcəyi bilinmir.

Qeyd edilir ki, görüşlər zamanı Ermənistan-ABŞ müdafiə tərəfdaşlığının hazırkı gedişatı, qarşıda duran proqramlar və regional təhlükəsizliklə bağlı bir sıra məsələlər müzakirəyə çıxarılıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}