İranın müdafiə naziri İsraildəki THAAD sistemlərindən danışıb - Foto
Tarix: 17-10-2024 09:51 | Bölmə: Dünya
İranın müdafiə naziri İsraildəki THAAD sistemlərindən danışıb

İranın ballistik raket hücumlarından qorunmaq üçün ABŞ-dan İsrailə göndərilən Terminal Yüksək Hündürlük Ərazi Müdafiə Sistemi (THAAD) və onun hərbi personalı Təl-Əvivdə görüntülənib.

Reyting.az
xəbər verir ki, İranın müdafiə naziri Əziz Nəsirzadə ABŞ-nın THAAD kimi tanınan sistemlərinin İsrailə yerləşdirilməsini psixoloji müharibənin bir hissəsi kimi qiymətləndirib.

Sözügedən sistemlərin əvvəllər də İsraildə yerləşdirildiyinə diqqət çəkən Nəsırzadə deyib: “THAAD - ballistik raketlərə qarşı müdafiə sistemidir, lakin bu, yeni bir məsələ deyil, əvvəllər də var idi. Biz bu məsələni psixoloji müharibə çərçivəsində qiymətləndiririk”.



ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}