Peskov: "Putinin səhhətində problem yoxdur"
Tarix: 17-10-2024 13:44 | Bölmə: Dünya
Peskov: "Putinin səhhətində problem yoxdur"

Rusiya prezidenti Vladimir Putin mütəmadi olaraq Mərkəzi Klinik Xəstəxanaya getməsi ilə bağlı söz-söhbətlər yayılıb, lakin onun səhhətində heç bir problem yoxdur.

Reyting.az
xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

Qeyd edək ki, Putin qripə qarşı peyvəndin müzakirəsi kontekstində hökumətlə görüş zamanı Mərkəzi Klinik Xəstəxanada mütəmadi olaraq tibbi müayinədən keçdiyini deyib və daha sonra bu barədə Dmitri Peskova müvafiq sual verilib.

D. Peskovun vurğuladığı kimi, V. Putinin tez-tez Mərkəzi Klinik Xəstəxanaya etdiyi belə səfərlər profilaktik məqsədlə həyata keçirilən adi tibbi müayinələrdir.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}