HƏMAS liderinin ölümündən sonra müharibə dayanacaq?
Tarix: 18-10-2024 09:13 | Bölmə: Dünya
HƏMAS liderinin ölümündən sonra müharibə dayanacaq?

HƏMAS-ın yeni lideri Yəhya Sinvarın öldürülməsi müharibənin davam edib-etməyəcəyi sualını gündəmə gətirib.

Reyting.az
xəbər verir ki, “Vaşinqton Post” qəzeti Vaşinqton administrasiyasının Sinvarın ölümündən sonra Qəzzada atəşkəsə ümid etdiyini bildirib.

Prezident Co Baydenin “İsraillilər və fələstinlilərə daha yaxşı gələcək üçün fürsət” sözləri xatırladılıb.

“The Wall Street Journal” da Sinvarın qətlinə oxşar prizmadan baxıb. Qəzet qeyd edib ki, Sinvarın ölümündən sonra İsrailin qarşısında seçim var: qələbəni elan etmək və ya döyüşə davam etdirmək.

Məqalədə qeyd olunub ki, İsrailin baş naziri Benyamin Netanyahu girovlar gələnə qədər mübarizəni davam etdirəcəyinə işarə edib.

Bildirilir ki, İsrail əsgərlərinin adi patrul xidməti zamanı qarşıdurma yaranıb və Sinvarın şəxsiyyəti öldürüldükdən sonra müəyyən edilib.

İranın BMT-dəki nümayəndəsi Əmir Səid İrəvani isə deyib ki, Sinvarın döyüş meydanında öldürülməsi müqavimət ruhunu gücləndirəcək.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}