13:01 / 18-10-2024
Sabah yağış yağacaq
Türk kəşfiyyatı casuslara qarşı əməliyyat keçirib
Tarix: 18-10-2024 11:27 | Bölmə: Dünya
Türk kəşfiyyatı casuslara qarşı əməliyyat keçirib

Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) kibercasusluq şəbəkəsinə qarşı keçirdiyi əməliyyatla bir neçə şəxs həbs edilib. Saxlanılanların ümumi sayı 20-yə çatıb.

Reyting.az
xəbər verir ki, Ankara prokurorluğu tərəfindən MİT-in koordinasiyasında həyata keçirilən yeni kritik əməliyyatda daha 9 nəfər həbs edilib.

MİT tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, şübhəlilər əldə etdikləri məlumatları sosial media platformaları vasitəsilə terror təşkilatları da daxil olmaqla, tələb edən hər kəsə satıblar.

Əməliyyat çərçivəsində məlumatların satıldığı daha 18 internet saytı bağlanıb. Müsadirə edilən məlumatların mütəşəkkil cinayətkar dəstələr tərəfindən vətəndaşları, xüsusilə də gəncləri və uşaqları şantaj etmək üçün istifadə olunduğu üzə çıxıb.

MİT kibercasusluq və kiberterrorizmlə mübarizədə qətiyyətini qəti şəkildə nümayiş etdirir. Xaricə bağlı kibertəhlükə şəbəkələrinin məhvi istiqamətində kompleks əməliyyatlar sürəti azaltmadan davam etdiriləcək, milli kibertəhlükəsizliyi təmin etmək üçün hər cür qabaqlayıcı və çəkindirici tədbirlər qətiyyətlə həyata keçiriləcək.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}