15:19 / 22-10-2024
Bələdiyyələr qrant alacaq
13:15 / 22-10-2024
Sabah yağış yağacaq
Baş nazirin iqamətgahına hücum olub
Tarix: 19-10-2024 10:33 | Bölmə: Dünya
Baş nazirin iqamətgahına hücum olub

Tokioda Yaponiyanın hakim Liberal Demokrat Partiyasının qərargahına və baş nazirin iqamətgahına hücum olub.

NHK telekanalı bildirir ki, hücum edən şəxs saxlanılıb.

Məlumata görə, saxlanılan şəxs partiya qərargahının girişinə beş-altı “Molotov kokteyli” atıb. Butulkalardan biri polis maşınına dəyib. Yanğın söndürülüb, xəsarət alan olmayıb.

Bundan sonra həmin şəxs avtomobillə cinayət yerindən qaçaraq Yaponiya baş nazirinin iqamətgahının ərazisinə soxulmağa cəhd edib. O, hasarı aşıra bilməyib. Daha sonra şübhəli şəxs tüstü bombasına bənzəyən əşya atmağa çalışıb.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}