15:19 / 22-10-2024
Bələdiyyələr qrant alacaq
13:15 / 22-10-2024
Sabah yağış yağacaq
Rusiyanın arsenalında “Qrom-E1” raketi var?
Tarix: 21-10-2024 12:15 | Bölmə: Dünya
Rusiyanın arsenalında “Qrom-E1” raketi var?

Ötən gün Rusiya ordusu “Qrom-E1” raketi ilə yenidən Xarkova hücum edib.

Reyting.az
-ın məlumatına görə, “Defense Express” informasiya və konsaltinq şirkətinin direktoru Sergey Zqurets deyib ki, Xarkov bu raketlərlə ilk dəfə ötən ilin martında hücuma məruz qalıb. Daha sonra bu ilin yayında əlavə planlaşdırma və düzəliş modullarına malik olan “Qrom-E1” raketindən istifadə olunaraq Xarkova növbəti zərbə vurulub. S. Zquretsin sözlərinə görə, Rusiya təyyarəsi təxminən 60 km uçuş məsafəsinə malik olan “X-38” raketini idarə edib. “Qrom-E1” raketi isə 100-120 km-ə qədər məsafə qət edə bilir.

Hərbi ekspert əmindir ki, “Grom-E1”-dən istifadə sayı kifayət qədər məhduddur. Ruslar bu sursatdan ayda 10 ədədə qədər və ya daha az istehsal edir. Səbəb onların prioritet nümunə olmaması və aktiv istifadə edilməməsidir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}