15:19 / 22-10-2024
Bələdiyyələr qrant alacaq
13:15 / 22-10-2024
Sabah yağış yağacaq
Şimali Koreya hərbçiləri Kurskdan qaçıb
Tarix: 21-10-2024 13:57 | Bölmə: Dünya
Şimali Koreya hərbçiləri Kurskdan qaçıb

Rusiya qüvvələrinin Kursk vilayətindəki mövqelərindən qaçmağa cəhd edən 18 Şimali Koreya əsgəri Bryansk vilayətinin Komariçski rayonunda ruslar tərəfindən saxlanılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna mediası Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindəki (QUR) mənbələrinə istinadla yazıb.

Məlumata görə, Şimali Koreyadan olan 40-a yaxın hərbi təlimatçı əlli rusiyalı hərbçi ilə birlikdə Kursk vilayətinin Xomutovski rayonu, Kolyaçek ərazisindəki meşədə mövqelərdə olub. “Müəyyən edilib ki, şimali koreyalılar Rusiya Silahlı Qüvvələrinin hərbi qulluqçularına hava şarlarından hərbi məqsədlər üçün istifadə üzrə təlim keçiblər. “SVO” adlandırılan Şimali Koreya hərbi qulluqçuları təlim kursunu bitirdikdən sonra oktyabrın 14-də Xomutovski rayonunun Kolyaçek ərazisindəki meşədə yeməksiz və gələcək plan və niyyətləri ilə bağlı təlimatsız qalıblar. Şimali koreyalılar Rusiya Silahlı Qüvvələrinin komandanlığını axtarmaq üçün könüllü olaraq mövqelərini tərk etmək qərarına gəliblər”, - deyə kəşfiyyat mənbələri bildirib.

Oktyabrın 16-da mövqelərini tərk etmiş hərbi qulluqçular rus ordusu tərəfindən tapılaraq saxlanılıb. Qaçış yerindən məsafə təxminən 60 kilometr olub. Ukrayna tərəfinin məlumatına görə, indi Xomutovski rayonunda vəzifələrdə olan 40 Şimali Koreya hərbçisinin hamısı Kursk vilayətində növbəti hücum əməliyyatlarında iştirak etmək üçün Lqovski rayonuna köçürülüb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}