13:15 / 22-10-2024
Sabah yağış yağacaq
Amerikalı məhbus döyüşçülərin məlumatlarını 4 ölkəyə ötürüb
Tarix: 21-10-2024 16:28 | Bölmə: Dünya
Amerikalı məhbus döyüşçülərin məlumatlarını 4 ölkəyə ötürüb

5 ildən artıq Rusiya koloniyasında həbsdə olan ABŞ vətəndaşı Pol Uilan Ukraynada cəbhə xəttində Rusiya Federasiyası uğrunda döyüşən kamera yoldaşlarından aldığı məlumatları Qərb rəsmilərinə ötürüb.

Reyting.az
CNN-ə istinadla bildirir ki, Uilanın müharibəyə gedən məhbuslarla yaxın əlaqəsi var.

“Onlar bizimlə əlaqə saxladılar. Mən də onların mesajlarını dörd hökumətə çatdırdım”, - o qeyd edib. Xüsusilə, o, məlumatları vətəndaşı olduğu dörd ölkəyə - ABŞ, Böyük Britaniya, Kanada və İrlandiyaya ötürüb.

Uilan əlavə edib ki, o və başqaları keçmiş məhbuslarla Mordoviyadakı əmək koloniyasında olarkən ala biləcəkləri “birdəfəlik” mobil telefonlar vasitəsilə əlaqə saxlaya biliblər. Amerikalı izah edib ki, bu, koloniyanın mühafizəçiləri siqaret kimi malların müqabilində “arxalarını çevirəcəklər”.

“Rusiya həbsxanasının gözətçisi ayda 300-400 dollar qazanır. Ona bir karton siqaret verirsən və istədiyini edə bilərsən”,- amerikalı deyib.

Uilan olduğu düşərgədən dörd yüzdən çox məhbusun muzdlu əsgər kimi Ukraynaya qarşı döyüşməyə getdiyini söyləyib. Uilanın cəza çəkdiyi koloniyada Tacikistan, Özbəkistan və Qırğızıstan kimi Orta Asiya ölkələrindən olan gənclər çoxluq təşkil ediblər.

“Koloniyamdan 450 nəfər çıxıb. Hamısını tanıyırdım. Bəziləri ölüb. Bəzilərinin qolu və ayağı yoxdur. Hamısının bir növ posttravmatik stressi var. Onlar travmatik təcrübələr keçiriblər. Onlardan cəbhədə istifadə olunub. Mina tarlalarından keçmək üçün sıralar, düşmən atəşini yayındırmaq üçün top yemi kimi göndəriliblər və onlar hamısı gəncdir”,- deyə amerikalı əlavə edib.

Məlumat üçün qeyd edək ki, Uilan keçmiş ABŞ dəniz piyadaçısıdır. O, 2018-ci il dekabrın 28-də Moskvada “Metropol” otelinin otaqlarından birində “casus aksiyası” zamanı saxlanılıb. 2020-ci ildə Moskva məhkəməsi onu 16 il müddətinə maksimum rejimli koloniyaya məhkum edib. Uilan 2024-cü ilin əvvəlində Vaşinqton və Moskva arasında həyata keçirilən genişmiqyaslı məhbus mübadiləsi çərçivəsində azadlığa buraxılıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}