13:15 / 22-10-2024
Sabah yağış yağacaq
Braziliya prezidenti kəllə-beyin travması alıb
Tarix: 21-10-2024 17:10 | Bölmə: Dünya
Braziliya prezidenti kəllə-beyin travması alıb

Braziliya prezidenti Luiz İnasio Lula da Silva BRİKS sammiti üçün Kazana səfərini ləğv edib. Buna səbəb onun yaşadığı evdə kəllə-beyin travması almasıdır. Bu barədə dövlət başçısının aparatı məlumat yayıb.

Reyting.az
-ın məlumatına görə, həkimlər prezidentə müvəqqəti olaraq uzun uçuşlardan imtina etməyi məsləhət görüblər

Prezident Lula oktyabrın 20-də yerli vaxtla saat 17:00-da zirvə görüşünə uçmalı idi. Lakin o, yaşadığı evdə olanda qəfildən başının arxa hissəsindən xəsarət alıb. Prezident təcili müayinə olunub və onun müalicəsinin çox ağır keçməyəcəyi, həmçinin xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmadığı qənaətinə gəliblər.

Braziliya prezidentinin yarasına bir neçə tikiş vurulduğu bildirilir.

Braziliya mediası isə iddia edir ki, prezident Lula BRİKS sammitində videobağlantı vasitəsilə iştirak edəcək.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}