13:15 / 22-10-2024
Sabah yağış yağacaq
Ukrayna PUA-ları İES-ə və zavoda hücum edib
Tarix: 22-10-2024 08:23 | Bölmə: Dünya
Ukrayna PUA-ları İES-ə və zavoda hücum edib

Bu gecə Rusiyanın Efremov şəhərində (Tula vilayəti) güclü partlayış səsləri eşidilib. Şəhərdə iki obyektə Ukrayna dronları tərəfindən hücum olduğu bildirilir.

Reyting.az
“Baza” Telegram kanalına istinadla xəbər verir ki, yerli sakinlər ilk partlayış səsini saat 02:10 radələrində eşidib, beş dəqiqə sonra isə ikinci partlayış olub.

İddialara görə, pilotsuz uçuş aparatları yerli istilik elektrik stansiyasının (İES) ərazisinə düşüb. Yerli hakimiyyət baş verənləri şərh etmir.

“Astra”nın məlumatına görə, bu gecə İES və sintetik kauçuk zavoduna ziyan dəyib. İnternetdə yayımlanan fotoşəkillərdə və videolarda genişmiqyaslı yanğın diqqəti cəlb edir.

Məlum olduğu kimi, Efremov sintetik kauçuk zavodunda yüksək və aşağı molekulyar çəkidə poliizobutilen, poliizobutilen qatılaşdırıcı əlavələr, aşağı molekulyar rezin və aşağı molekulyar çəkili poliizopren istehsal olunur.

Qeyd edək ki, Rusiyanın “Kremniy El” zavodu dəfələrlə pilotsuz təyyarələrin hücumuna məruz qalıb. Eyni zamanda bu müəssisə Rusiyanın ən böyük elektronika istehsalçılarından biri hesab edilir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}