13:15 / 22-10-2024
Sabah yağış yağacaq
İsrail HƏMAS liderinin yas mərasiminə gedən avtomobili vurub
Tarix: 22-10-2024 08:30 | Bölmə: Dünya
İsrail HƏMAS liderinin yas mərasiminə gedən avtomobili vurub

Suriyanın paytaxtı Dəməşqdə avtomobilə raket hücumu nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Reyting.az
xəbər verir ki, raket hücumu Dəməşqin Əl-Mazzeh rayonunda qeydə alınıb.

Suriya Müdafiə Nazirliyi hücumda 2 nəfərin öldüyünü, 3 nəfərin yaralandığını təsdiqləsə də, onların kimliyini açıqlamayıb.

Yerli mənbələr, hədəfə alınan avtomobilin İsrail tərəfindən Əl-Mazzehdə öldürülən HƏMAS lideri Yəhya Sinvar üçün qurulan başsağlığı evinə getdiyini bildirib. Bu isə avtomobildə olan şəxsin və ya şəxslərin İsrail üçün əhəmiyyətli hədəf olduğunu göstərir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}