15:19 / 22-10-2024
Bələdiyyələr qrant alacaq
13:15 / 22-10-2024
Sabah yağış yağacaq
Son iclasda qisas qərarı verilməyib
Tarix: 22-10-2024 13:44 | Bölmə: Dünya
Son iclasda qisas qərarı verilməyib

İsrail Təhlükəsizlik Kabinetinin son iclasında İrana qarşı planlaşdırılan cavab hücumuna icazə verilmədiyi iddia olunur.

Reyting.az
xəbər verir ki, belə bir iddia ilə İsrailin “Ynet” xəbər saytı çıxış edib.

İclasın 6 saat davam etdiyi bildirilir. Qeyd olunur ki, kabinet üzvləri gözlənilən hücumları mümkün qədər gizli saxlamaq üçün planları təsdiqləməyi son ana saxlayır.

Məlumata görə, İsrail nazirləri həftə sonu baş nazir Benyamin Netanyahunun Qeysəriyyədəki evinə pilotsuz təyyarə hücumuna indiyədək güclü cavab verilməməsindən məyus olublar.

Səudiyyə KİV-ləri yazır ki, İsrail “Hizbullah”a mesaj göndərib: “Əgər bizim liderlərimizi yenidən hədəfə almağa cəhd etsəniz, Dahiyə bölgəsini (Hizbullahın qalası) məhv edəcəyik”.

Mesajın üçüncü şəxs vasitəsilə ötürüldüyü bildirilir.

Digər bir iddiaya görə, İsraildəki hərbi bazalarla bağlı məlumat toplayaraq İrana casusluq edən 7 əsgərin həbs olunduğu açıqlanıb. Əsgərlərin Tehran adından yüzlərlə missiya yerinə yetirdiyi qeyd edilib. Hayfa və onun şimalında yaşayan, yəhudi olduğu bildirilən əsgərlər arasında fərarilik etmiş bir əsgər də var. Prokurorlar bildiriblər ki, polis və İsrailin Daxili Kəşfiyyat İdarəsi (Şin Bet) tərəfindən aparılan təhqiqat nəticəsində məlum olub ki, əsgərlər İranın müxtəlif tapşırıqlarını yerinə yetiriblər və İran agentləri ilə əlaqə saxlayıblar.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}