Putin BRİKS-dən Ukraynaya qarşı istifadə etmək istəyir
Tarix: 23-10-2024 11:36 | Bölmə: Dünya
Putin BRİKS-dən Ukraynaya qarşı istifadə etmək istəyir

Rusiyada keçirilən BRİKS sammitində Çin, Hindistan, İran və Cənubi Afrika başda olmaqla 36 dünya lideri iştirak edir. Kreml bu tədbirdən Ukraynada hərbi səylərini gücləndirmək üçün mexanizmlər yaratmağa çalışacaq.

Reyting.az
xəbər verir ki, belə bir qənaətə Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri gəliblər.

“Rusiya çox güman ki, BRİKS sammitindən qeyri-Qərb dövlətləri ilə qlobal əlaqələri gücləndirmək səylərini nümayiş etdirmək və bəlkə də Qərbin sanksiyalarının təsirini yumşaltmaqla Ukraynadakı hərbi səylərini dəstəkləmək üçün razılaşmalar və ticarət mexanizmləri bağlamaq üçün bir fürsət kimi istifadə edəcək”, - ISW qeyd edir.

Əlavə olunur ki, Rusiya lideri sammit çərçivəsində Çin dövlət başçısı Si Cinpinlə görüşüb. Çin rəhbərinin BRİKS-i qlobal strateji əməkdaşlıq formatı adlandırması ilə iki ölkə arasında çoxşaxəli münasibətlərin əhəmiyyəti vurğulanıb.

Bundan əlavə, Kreml rəhbəri Hindistanın baş naziri Narendra Modi və Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa ilə ikitərəfli əlaqələri, çoxqütblü dünya nizamının yaradılmasını və qarşılıqlı ticarət ödənişlərində milli valyutaların istifadəsini müzakirə edib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}