Şimali Koreya Ukrayna ilə savaşa 12 min əsgər göndərib
Tarix: 23-10-2024 12:41 | Bölmə: Dünya
Şimali Koreya Ukrayna ilə savaşa 12 min əsgər göndərib

Rusiya-Şimali Koreya münasibətləri çox yaxınlaşsa və hətta Kim Çen In öz qoşunlarını Ukraynaya qarşı müharibəyə göndərsə də, Moskva ilə Pxenyan arasında problemlər yarana bilər.

Reyting.az
xəbər verir ki, bu barədə “Bloomberg” nəşri yazıb.

Qeyd olunur ki, Şimali Koreyanın heç bir lideri əvvəllər xarici münaqişədə iştirak edərkən ölkənin hərbi qüvvələrinin əhəmiyyətli itkilərə məruz qaldığı vəziyyətlə üzləşməyib. Şimali Koreya siyasətinin əsas prinsiplərindən biri ictimai həyatın demək olar ki, bütün aspektlərinə təsir edən silahlı qüvvələrin prioritetliyidir.

Bildirilir ki, Ukraynada ölən və ya yaralanan Şimali Koreya əsgərlərinin sayı artarsa, Kim Çen In onun gücünün əsasını təşkil edən ordu tərəfindən ciddi problemlərlə üzləşəcək. Bu, ordu ilə sıx əlaqəsi olan əhali arasında da narazılığa səbəb ola bilər.

Şimali Koreya qoşunlarının Ukraynadakı münaqişəyə cəlb edilməsi Rusiya üçün də problem vəd edir. Çünki bu, potensial olaraq Cənubi Koreyanın müdaxiləsinə səbəb ola bilər. Hadisənin Cənubi Koreya prezidenti Yoon Seok-yeola ABŞ və NATO müttəfiqləri tərəfindən Seulun müharibə şəraitində olan ölkələrə ölümcül yardım göstərməsinə mane olan siyasətə yenidən baxılması üçün təzyiqləri artıracağı ehtimal edilir. Cənubi Koreyada Ukraynanın Rusiya təcavüzündən müdafiə etməli olduğu əhəmiyyətli silah və sursat, o cümlədən milyonlarla artilleriya mərmisi var.

Onu da qeyd edək ki, mediada Şimali Koreyanın Rusiyaya elit xüsusi əməliyyat bölmələri də daxil olmaqla 12 min əsgər göndərdiyi haqda məlumatlar yayılıb. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov bildirib ki, Şimali Koreya ilk hərbçilərinin bu gün Rusiyanın Kursk bölgəsinə gəlməsi gözlənilir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}