Spiker: "Gürcüstanda dövlət çevrilişi hazırlayan qüvvələr var"
Tarix: 23-10-2024 13:49 | Bölmə: Dünya
Spiker: "Gürcüstanda dövlət çevrilişi hazırlayan qüvvələr var"

"Gürcüstanda dövlət çevrilişi etməyə hazırlaşan müəyyən qruplar var".

Bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili brifinqdə deyib.

“Faktlar və bütün əlamətlər dövlət çevrilişinə hazırlaşan bir qrupun olduğunu göstərir”, - o bildirib.

Spikerin sözlərinə görə, 2020-ci ildə olduğu kimi, seçkilərlə bağlı yanlış hesabatlar hazırlamalı olan qeyri-hökumət təşkilatlarından istifadə edərək çevriliş üçün bəhanə hazırlanır.

“Ona görə də xalqımız sayıqlığını qorumalıdır və bu cür qeyri-gürcü qüvvələrə qarşı antidot seçkilərdə iştirak və bu qüvvələrin məğlubiyyətidir”, - Ş.Papuaşvili qeyd edib(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}