Rusiya-KXDR əməkdaşlığı gərginliyi artırır
Tarix: 25-10-2024 10:26 | Bölmə: Dünya
Rusiya-KXDR əməkdaşlığı gərginliyi artırır

Şimali Koreyanın (KXDR) Rusiya tərəfdən Ukraynaya qoşun yeritməsi Cənubi Koreyanı hərəkətə gətirib və Seul əks addımlar atmağa hazırdır.

Reyting.az
“Associated Press”-ə istinadla xəbər verir ki, bunu Cənubi Koreya prezidenti Yoon Suk Yeol deyib.

Onun sözlərinə görə, Şimali Koreya Rusiya ilə əməkdaşlıq çərçivəsində Ukraynaya xüsusi təyinatlılar göndərərsə, Cənubi Koreya mərhələli şəkildə Ukraynanı dəstəkləyəcəyik.

Prezient bildirib ki, Seul Kiyevə silah göndərmək imkanını nəzərdən keçirməyə hazırdır: “Çünki Şimali Koreya qoşunlarının Rusiyada təklif olunan yerləşdirilməsi yalnız Koreya yarımadasında deyil, həm də Avropada qlobal təhlükəsizliyi təhdid edən təxribatdır”.

Prezident vurğulayıb ki, Cənubi Koreya öldürücü silahların birbaşa çatdırılmasının yolverilməzliyi prinsipinə əməl etsə də, Şimali Koreyanın hərbi fəallığının səviyyəsindən asılı olaraq məsələləri daha çevik şəkildə nəzərdən keçirəcək.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
25-12-2024, 08:34 Ottava Pekinə etiraz edir

bütün xəbərlər