ABŞ bazalarına PUA hücumu olub
Tarix: 28-10-2024 08:52 | Bölmə: Dünya
ABŞ bazalarına PUA hücumu olub

Suriyanın Homs və Deyr əz-Zor əyalətlərindəki ABŞ qüvvələrinin yerləşdiyi Tenef və Ömər neft yatağı hərbi bazalarına mənşəyi məlum olmayan kamikadze tipli pilotsuz uçuş aparatları (PUA) ilə hücum olub.

Reyting.az
xəbər verir ki, dronların bəziləri bazaya düşüb.

Yerli mənbələrin məlumatına görə, saat 22:30 radələrində Deyr əz-Zorda Fərat çayının şərqindəki Ömər neft yatağındakı baza mənşəyi məlum olmayan kamikadze PUA ilə hədəfə alınıb. Hücumdan sonra baza bölgəsində siren səsləri eşidilib, ABŞ döyüş təyyarələri uçuşlara başlayıb.

Daha sonra ABŞ qüvvələri Ömər neft yatağındakı bazasından Fərat çayının qərbində İranın dəstəklədiyi qrupların yerləşdiyi Haşşam, Cafra, Havice və Mreyiyye kəndlərini artilleriya ilə hədəfə alıb.

Digər tərəfdən, Homs əyalətinin səhra bölgəsindəki ABŞ-ın Tenef bazasına birdən çox kamikadze ilə hücum edilib. Bazada mövcud olan hava hücumundan müdafiə sistemləri PUA-ların bir qismini hədəflərinə çatmadan vurub və naməlum sayda PUA-nın da vurulduğu ehtimal olunur.

Hər iki bazada itkinin olub-olmadığı məlum deyil.

ELÇİN




Bölməyə aid digər xəbərlər
25-12-2024, 08:34 Ottava Pekinə etiraz edir

bütün xəbərlər