18:10 / 19-04-2025
Yardımlıda zəlzələ olub
Ukraynada döyüşən əcnəbilərin fotoları yayılıb - Fotolar
Tarix: 28-10-2024 09:24 | Bölmə: Dünya
Ukraynada döyüşən əcnəbilərin fotoları yayılıb

Ukrayna Silahlı Qüvvələri sırasında olan və xüsusi təlim keçmiş əcnəbi hərbçilərin ukraynalılarla birlikdə fotoları yayılıb.

Reyting.az
xəbər verir ki, əcnəbi hərbçilər əsasən Xarkov vilayətini müdafiə edirlər.

Xatırladaq ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalının başlamasından az müddət sonra Ukrayna prezidenti Vladimir Zelenskinin müraciəti yayılmışdı. Zelenski Rusiyanın təcavüzünə qarşı mübarizədə kömək etmək üçün demək olar ki, dünyanın hər yerindən könüllüləri çağırmışdı.

Ukrayna dövləti tərəfindən bildirildiyi kimi, 2022-ci ilin mart ayından başlayaraq bu müharibədə iştirak etməkdən ötrü 20 minə yaxın könüllü əcnəbi döyüşçü Ukrayna Silahlı Qüvvələrinin Beynəlxalq Legionundan qeydiyyatdan keçib.

2024-cü ilin oktyabrında isə Ukraynada əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə Ukrayna Silahlı Qüvvələri, Milli Qvardiya, Dövlət Xüsusi Nəqliyyat Xidməti ilə azad müqavilə bağlamaq, həmçinin orduda zabit vəzifələrində çalışmaq imkanı verən qanun qəbul edilib.

Əldə edilmiş yeni fotolardan göründüyü kimi, Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətində yerləşən 23-cü, bir-birindən ayrı döyüşən batalyonlarında əcnəbilərin müharibədə iştirakı, yəni hərbi xidmətdə olduğu açıq-aydın görünür.

Fotolarda ABŞ-dan gələn hərbçilər, öncə şərti olaraq "Dima" adlandırılan könüllü, həmçinin bu ölkədən gələn, "Neko" kimi tanınmış amerikalı döyüşçü qız, eləcə də muzdlu əsgərə bənzəyən, ləqəbi "Tonkiy" olan belçikalı və həm də müharibənin ilk illərindən peşəkar zabit kimi Tayvandan Ukraynaya gələn Linin təsvirləri var.






Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
16-04-2025, 08:47 Bayden Trampı tənqid edib