18:10 / 19-04-2025
Yardımlıda zəlzələ olub
Litvada keçirilən seçkilərdə müxalifət qalib gəlib
Tarix: 28-10-2024 09:45 | Bölmə: Dünya
Litvada keçirilən seçkilərdə müxalifət qalib gəlib

Litvada keçirilən parlament seçkilərdə müxalifətdə olan Litva Sosial Demokrat Partiyası (LSDP) qalib gəlib.

Reyting.az
xəbər verir ki, 141 yerlik parlamentdə 52 deputatı olan partiya Litva Uğrunda Demokratlar İttifaqı, Litva Fermerlər və Yaşıllar İttifaqı ilə koalisiya hökuməti quracaq.

Litvada parlamentin qalan 63 deputatını müəyyən etmək üçün keçirilən seçkilərin ikinci turunda LSDP qalib gəlib. İlk turda 20 deputat qazanan partiya seçkilərdə daha 32 mandat qazanıb. LSDP-ni cəmi 28 millət vəkili ilə hakim Vətən Birliyi-Litva Xristian Demokratlar Partiyası (TS-LKD) izlədiyi halda, antisemit fikirlərini ifadə etməkdən çəkinməyən Nemunas Davn partiyası 20 mandatla üçüncü yeri tutub.

Litvanın Mərkəzi Seçki Komissiyası seçkilərdə iştirak nisbətinin oktyabrın 14-də keçirilən birinci turla müqayisədə 11 faiz azalaraq 41,31 faiz olduğunu açıqlayıb. Litva Naminə Demokratlar İttifaqı 14 deputatla, Liberal İttifaqı 12 deputatla, Litva Fermerlər və Yaşıllar İttifaqı 8 deputatla parlamentə daxil olmaq hüququ qazanan digər partiyalar arasında idi.

ELÇİN




Bölməyə aid digər xəbərlər
16-04-2025, 08:47 Bayden Trampı tənqid edib