18:10 / 19-04-2025
Yardımlıda zəlzələ olub
NATO Şimali Koreyanın Rusiyaya qoşun göndərməsinə münasibət bildirəcək
Tarix: 28-10-2024 12:19 | Bölmə: Dünya
NATO Şimali Koreyanın Rusiyaya qoşun göndərməsinə münasibət bildirəcək

Bu gün NATO-nun baş katibi Mark Rutte Şimali Koreya qoşunlarının Rusiyada yerləşdirilməsi ilə bağlı rəsmi bəyanatla çıxış edəcək.

Reyting.az
xəbər verir ki, NATO-nun mətbuat xidmətinin məlumatına görə, bu gün Cənubi Koreyanın yüksək səviyyəli nümayəndə heyəti Şimali Koreya qoşunlarının Rusiya Federasiyası ərazisinə gəlməsi ilə bağlı Şimali Atlantika Şurasında brifinq keçirəcək.

Bu görüşdən sonra baş katib mətbuata qısa açıqlama verəcək.

Qeyd olunur ki, görüşə NATO-nun Hind-Sakit okean regionunda tərəfdaş dövlətlərin, o cümlədən Avstraliya, Yaponiya və Yeni Zelandiyanın səfirləri də dəvət olunub.

Qeyd edək ki, artıq bir sıra ölkələr Şimali Koreyanın Rusiya Federasiyası ərazisində öz qüvvələrini yerləşdirdiyini təsdiqləyib. Kreml bunu inkar etməyib, lakin açıq şəkildə KXDR ilə tərəfdaşlıqdan belə yardımı nəzərdə tutan sazişi xatırladıb.

Ukrayna kəşfiyyatının məlumatına görə, Şimali Koreyanın ilk hərbçiləri artıq Kursk bölgəsinə gəlib. Bu arada Şimali Koreydan olan zabitlər Ukraynanın işğal olunmuş ərazilərində rus işğalçılarına təlim keçir.

Cənubi Koreya artıq Ukraynaya hərbi yardım göstərmək məsələsini nəzərdən keçirdiyini açıqlayıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
16-04-2025, 08:47 Bayden Trampı tənqid edib