18:10 / 19-04-2025
Yardımlıda zəlzələ olub
Cənubi Koreya Kiyevə xüsusi heyət göndərir
Tarix: 29-10-2024 15:07 | Bölmə: Dünya
Cənubi Koreya Kiyevə xüsusi heyət göndərir

Bu həftə Cənubi Koreyanın nümayəndə heyəti Şimali Koreya qoşunlarının Rusiyaya göndərilməsi ilə bağlı məlumatları bölüşmək və əməkdaşlıq tədbirlərini müzakirə etmək üçün Ukraynaya gələcək.

Reyting.az
xəbər verir ki, bunu Cənubi Koreya prezidenti Yun Seok Yol deyib.

Prezident bu planları NATO-nun baş katibi Mark Rutte ilə telefon danışığı zamanı bölüşüb və o, Şimali Koreya qoşunlarının Kursk bölgəsində yerləşdirildiyini təsdiqləyib.

“Ümid edirəm ki, baş katib Ruttenin rəhbərliyi altında NATO həmrəylik və koordinasiya ruhunda Rusiya və Şimali Koreya arasında qeyri-qanuni mübadilələri izləmək və bloklamaq üçün səylərini ikiqat artıracaq”, - Cənubi Koreya lideri vurğulayıb.

Onun sözlərinə görə, Cənubi Koreya nümayəndə heyəti oktyabrın 29-da Avropa İttifaqının Siyasi və Təhlükəsizlik Komitəsi üçün brifinq keçirəcək, bundan sonra Ukraynaya səfər edəcək, orada cəbhədən informasiya mübadiləsi aparmaq və əməkdaşlıq tədbirlərini müzakirə etmək üçün kəşfiyyat və müdafiə nümayəndələri ilə görüşəcək.

Qeyd edilir ki, prezident Şimali Koreya qoşunlarının köçürülməsi ilə bağlı məlumat mübadiləsi aparmaq üçün Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə telefonla danışıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
16-04-2025, 08:47 Bayden Trampı tənqid edib