ABŞ Türkiyənin hücumunu anlayışla qarşılayır
Tarix: 30-10-2024 08:34 | Bölmə: Dünya
ABŞ Türkiyənin hücumunu anlayışla qarşılayır

“Türkiyənin son terror hücumu ilə bağlı qanuni təhlükəsizlik narahatlığını qəbul edirik”.

Reyting.az
xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü, briqada generalı Patrik Rayder Türk Hava və Kosmik Sənaye Təşkilatına (TAİ) edilən xain terror hücumundan sonra Türkiyə Hərbi Hava Qüvvələrinin Suriyanın şimalında terror təşkilatı PKK/YPG hədəflərinə qarşı həyata keçirdiyi əməliyyatlarla bağlı sualı cavablanda deyib.

Pentaqon rəsmisi ABŞ-nın PKK-nı terror təşkilatı olaraq gördüyünü təkrarlayıb:

“Məncə, burada diqqət çəkən məqam iki liderin bir-birini dəstəkləmək üçün açıq ünsiyyət xəttini davam etdirmək əzmində olmasıdır, xüsusən də iki dəyərli NATO müttəfiqi və tərəfdaşlar”.

Türkiyənin qanuni təhlükəsizlik narahatlıqları ilə bağlı nə etməli olduğuna dair kommunikasiya kanallarının açıq olduğunu bildirən Ryder qeyd edib ki, hər iki nazir bu məsələdə qərarlıdır: “Türk müttəfiqlərimizlə yaxşı koordinasiyamız və yaxşı ünsiyyətimiz var və bundan sonra da bunu davam etdirəcəyik”.

Xatırladaq ki, Türkiyə milli müdafiə naziri Yaşar Gülər dünən ABŞ müdafiə naziri Lloyd Ostinlə telefonla danışıb. Milli Müdafiə Nazirliyindən verilən açıqlamada, görüş zamanı ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıldığı bildirilib.

ELÇİN




Bölməyə aid digər xəbərlər