İsrail ordusu oktyabr ayında ölənlərin sayını açıqlayıb
Tarix: 30-10-2024 09:53 | Bölmə: Dünya
İsrail ordusu oktyabr ayında ölənlərin sayını açıqlayıb

“Qara oktyabr ayının əvvəlindən bu yana İsrailin 80 mülki vətəndaşı və əsgəri müharibə qarşıdurmalar çərçivəsində həlak olub”.

Reyting.az
xəbər verir ki, bu məlumatı İsrail ordusunun radiosu yayıb.

Bu ay dünyasını dəyişənlərin 64 nəfəri əsgər və ya polis, 16 nəfəri mülki şəxsdir. Livanın cənubunda 33, Qəzzada isə 19 əsgər və zabit həyatını itirib.

Oktyabrın 13-də Hayfa şəhərinin cənubundakı Qolani hərbi bazasına pilotsuz uçuş aparatı (PUA) ilə edilən hücumda 4 nəfər ölüb, təxminən 60 nəfər yaralanıb. Livan sərhədində İsrail əsgərlərinin toplaşdığı nöqtələrə “Hizbullah”ın raket hücumları nəticəsində 3 əsgər həyatını itirib.

Oktyabrın 4-də İraqdan İsrailin şimalındakı hərbi bazaya pilotsuz təyyarənin hücumu nəticəsində 2 əsgər ölüb, 20-si yaralanıb. Bu hücumdan 2 gün sonra İsrailin cənubundakı Berşebada (Birus-Seba) açılan atəş nəticəsində İsrail sərhədçilərindən biri həlak olub.

Oktyabrın ortalarında Aşdod şəhəri yaxınlığında açılan atəş nəticəsində 1 polis əməkdaşı ölüb, 4 polis əməkdaşı yaralanıb.

İsrail ordusu oktyabrın 22-də Qəzza zolağının şimalında baş verən “əməliyyat qəzası” nəticəsində əsgərlərindən birinin öldüyünü açıqlayıb.

Oktyabr ayında “Hizbullah”ın İsrailin şimalında fələstinlilərdən ələ keçirdikləri torpaqlarda salınan yaşayış məntəqələrinə hücumları nəticəsində 7 mülki vətəndaş həyatını itirmişdi.

İsrailin paytaxtı Təl-Əviv yaxınlığındakı Yaffa şəhərində açılan atəş nəticəsində 7 mülki şəxs ölüb, 16 mülki şəxs yaralanıb. İsrailin şimalındakı Hadera şəhərində dörd nöqtədə bıçaqlı hücum nəticəsində 1 nəfər ölüb, 2-si ağır olmaqla 6 nəfər yaralanıb.

Oktyabrın 27-də Təl-Əviv yaxınlığında yük maşınının avtobus dayanacağında gözləyən insanların üzərinə çırpılması nəticəsində 1 nəfər ölüb, 39 nəfər yaralanıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər