12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Rusiya Finlandiyanın qərarına kəskin reaksiya verib
Tarix: 31-10-2024 09:08 | Bölmə: Dünya
Rusiya Finlandiyanın qərarına kəskin reaksiya verib

Finlandiyada Rusiya və ya ruslara məxsus mülklərin müsadirəsi Rusiya Xarici İşlər Nazirliyinin kəskin reaksiyasına səbəb olub.

Reyting.az
bildirir ki, Rusiya Xarici İşlər Nazirliyi (Xİn) Finlandiyanın Rusiya əmlaklarına həbs qoyulması qərarı ilə bağlı açıqlama verib.

Rusiya XİN Finlandiyanın daha əvvəl Rusiyaya məxsus 45 mülk üzərində həbs qərarı verdiyini xatırladıb. Bu səbəblərdən bəyanatda Finlandiyanın Moskvadakı səfiri Marja Livalanın nazirliyə çağırıldığı, səfirə etiraz notası göndərildiyi və etiraz notasında bu ifadələrin yer aldığı bildirilib:

“Rusiya tərəfi Finlandiyadan Diplomatik münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasının müddəalarını pozan bu qeyri-qanuni qərara tez bir zamanda yenidən baxılmasını xahiş edib. Səfirə məlumat verilib ki, əks halda Helsinki belə hərəkətin nəticələrinə görə məsuliyyət daşıyacaq. Lazım gələrsə, Rusiya tərəfi buna qarşı tədbir görəcək”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər