12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Baydenə Türkiyə ilə bağlı şikayət ediblər
Tarix: 31-10-2024 11:50 | Bölmə: Dünya
Baydenə Türkiyə ilə bağlı şikayət ediblər

ABŞ prezidenti Co Bayden Ağ evdə Cənubi Kipr Rum Administrasiyasının (CKRA) lideri Nikos Hristodulidis ilə görüşüb.

Reyting.az
xəbər verir ki, Bayden və Hristodulidis görüşdən əvvəl mətbuat mənsublarına gündəmi qısa şəkildə dəyərləndiriblər.

Bayden ABŞ və Cənubi Kipr Rum Administrasiyasının “Rusiyanın Ukraynaya təcavüzünə” qarşı və Qəzzaya humanitar yardımlarla bağlı birgə hərəkət etdiyini bildirib və Hristodulidisə töhfələrinə görə təşəkkür edib.

Yunanıstan lideri Hristodulidis müdafiə və enerji kimi kritik sahələrdə əməkdaşlıq və dəstəyə görə Baydenə təşəkkürünü bildirib. Qəzzaya humanitar yardım göndərilməsi prosesinə töhfə verdiklərini və bundan sonra da bunu edəcəklərini deyən Hristodulidisin sözlərinə görə, Ukrayna ilə bağlı “tarixin doğru tərəfində durmağa davam edəcəklər”.

Hristodulidis daha sonra Baydenə deyib:

“Cənab prezident, mənim ölkəm son 50 ildə Türkiyənin işğalı altındadır. Danışıqların yenidən başlaması və Kipr probleminin həlli üçün sizin və ABŞ-nın dəstəyinə ümid edirəm. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ümumi prinsiplərimizə və dəyərlərimizə, eləcə də demokratiya və insan hüquqlarına hörmətə əsaslanan həll yolu vacibdir”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər