Saakaşvilinin partiyası etirazları davam etdirməyə çağırır
Tarix: 31-10-2024 16:39 | Bölmə: Dünya
Saakaşvilinin partiyası etirazları davam etdirməyə çağırır

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyası oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrinin tanınmaması üçün etirazları davam etdirməyə çağırır.

Reyting.az
-ın xəbərinə görə, siyasi qüvvənin lideri Tina Bokuçava bildirib ki, müxalifətin seçki pozuntuları ilə bağlı hesabatı var və bu hesabatı yaxın vaxtlarda təqdim edəcəklər.

T. Bokuçava deyib ki, etiraz aksiyasını davam etdirmək və seçki pozuntuları ilə bağlı beynəlxalq araşdırma başlamaq lazımdır.

Onu da qeyd edək ki, bundan əvvəl Gürcüstanın Baş Prokurorluğu ölkədə keçirilən son parlament seçkilərində saxtakarlıq edən iki nəfərə qarşı ittiham irəli sürüb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər