Almaniyada erkən seçki istəyənlərin sayı artır
Tarix: 01-11-2024 16:59 | Bölmə: Dünya
Almaniyada erkən seçki istəyənlərin sayı artır

Almaniyada koalisiya hökumətini formalaşdıran Sosial Demokrat Partiyası (SPD), Yaşıllar Partiyası və Azad Demokrat Partiyasının (FDP) seçkilərdə səs itirməyə davam etdikləri bir vaxtda, erkən seçki tələb edən vətəndaşların nisbəti 50 faizi keçib.

Reyting.az
xəbər verir ki, Almaniyanın ictimai yayım təşkilatı ARD-nın keçirdiyi sorğuda iştirakçıların 54 faizi növbədənkənar seçkilərin keçirilməsini istədiyi halda, 41 faizi seçkilərin planlaşdırıldığı kimi, 28 sentyabr 2025-ci ildə keçirilməsinin lehinə olub.

Erkən seçkiləri istəməyənlərin əksəriyyəti SPD və Yaşıl seçicilərdir. SPD seçicilərinin 77 faizi və Yaşıl seçicilərin 76 faizi erkən seçkilərə üstünlük verməsə də, koalisiyanın kiçik tərəfdaşı FDP səs nisbəti 5 faiz barajından aşağı olduğu üçün sorğuya daxil edilməyib.

Erkən seçkilərə çağıranlar arasında ifrat sağçı Almaniya üçün Alternativ Partiyasının (AfD) seçiciləri 93 faizlə liderlik edib. Sol Partiyadan ayrılan Sahra Vagenknext Alyansının (BSW) seçicilərinin 75 faizi, əsas müxalifətdəki Xristian Birlik Partiyalarının seçicilərinin 69 faizi “erkən seçki” deyib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər