İsveç dənizdəki elektrik stansiyalarından imtina edib
Tarix: 05-11-2024 17:42 | Bölmə: Dünya
İsveç dənizdəki elektrik stansiyalarından imtina edib

İsveç hökuməti Baltik dənizində 13 dəniz külək stansiyası tikmək planlarını ləğv edib. Çünki bu, ölkənin təhlükəsizliyi üçün qəbuledilməz nəticələrə səbəb ola bilər.

Reyting.az
bildirir ki, İsveçin müdafiə naziri Paul Konsonun fikrincə, stansiyalar düşmən raketlərinin hədəfində olarsa, hərbçilərə reaksiya vermək üçün iki dəqiqədən 60 saniyəyə qədər vaxt olacaq.

Nazir deyib ki, Avropadakı müharibə belə qərarlar qəbul edərkən müdafiə maraqlarını nəzərə almağa məcbur edir:

“İsveç Silahlı Qüvvələrinin Baltik dənizinin tikinti ərizələrinin rədd edildiyi sahəsində tam gücü ilə fəaliyyət göstərə bilməsi xüsusilə vacibdir. Ağır hərbiləşdirilmiş Kalininqrad vilayətinə yaxınlıq da vacib hesab edilir”.

Nazir qeyd edib ki, külək stansiyaları kəşfiyyat məlumatlarının toplanması imkanlarını azalda, həmçinin sualtı qayıqların aşkarlanması üçün sensorları sıradan çıxara bilər.

Qeyd edək ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi çoxlu sayda ölkəni müdafiə hazırlığına yenidən baxmağa məcbur edib. Bir sıra avropalı hərbi zabitlər, siyasətçilər və ekspertlər hesab edirlər ki, bir neçə ildən sonra Rusiya ilə böyük və ya hibrid müharibə mümkündür. Məsələn, Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, ölkəsi 2029-cu ilə qədər Rusiya ilə mümkün müharibəyə hazır olmalıdır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər