Həbs qərarı çıxarılan sabiq nazirin xarici səfəri başlayır
Tarix: 26-11-2024 11:32 | Bölmə: Dünya
Həbs qərarı çıxarılan sabiq nazirin xarici səfəri başlayır

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) barəsində həbs qərarı çıxardığı İsrailin keçmiş müdafiə naziri Yoav Qallant gələn həftə ABŞ-a gedəcək.

Reyting.az
xarici mətbuata istinadla bildirir ki, aylardır Qəzzada hücum planlarını təsdiqləyən, qırğınlar əmrini verən və bu səbəblərdən Beynəlxalq Cinayət Məhkəməsinin haqqında həbs qərarı verdiyi Yoav Qallant dekabrın 1-də Vaşinqtona səfər edəcək.

Qallantın Ağ ev və ABŞ Dövlət Departamentinin rəsmiləri ilə görüşəcəyi bildirilir. Bu, BCM onun barəsində həbs qərarı çıxardıqdan sonra Qallantın xaricə ilk səfəri olacaq.

Qallantın ABŞ-a getməyi planlaşdırdığı tarix də olduqca əhəmiyyətlidir.

Xatırladaq ki, BCM-nin həbs qərarına reaksiya verən ABŞ sözügedən qərarları icra etməyəcəyini açıqlayıb. Həbs qərarından sonra tələsik ABŞ-a gedən Qallantın Vaşinqton rəhbərliyi tərəfindən həbs olunmayacağı da diqqətdən yayınmayıb.

Qeyd edək ki, Qallant noyabrın 5-də uzun müddətdir anlaşmazlıq içində olduğu baş nazir Benyamin Netanyahu tərəfindən vəzifəsindən azad edilib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər