Rusiya abxazları cəzalandırır
Tarix: 06-12-2024 18:31 | Bölmə: Dünya
Rusiya abxazları cəzalandırır

Abxazlar Rusiya rəsmilərinin onlara qarşı münasibətindən narazıdırlar. Abxaziyanın tanınmayan hakimiyyəti bildirib ki, artıq qəbul olunmuş qərara görə, Rusiya tərəfi onlara böyük maneələr törədir. İllər əvvəl separatçı qüvvələrin köməyi və Rusiyanın müdaxiləsi ilə öz müstəqilliyini elan edib Gürcüstandan ayrılan Abxaziya ərazisindən Rusiyaya bir çox daşımalarla yanaşı, naringi idxalına rəsmi qadağa qoyulub.

Reyting.az
"İnterfaks"-a istinadla bildirir ki, Rusiya hakimiyyətinin Abxaziyadan naringi idxalına qadağa qoyması "qismən tanınan respublikanın" baş naziri Valeri Bqanbanı məyus edib.

Bqanba deyib ki, sanitar xidmətin "müəyyən bir zərərli milçək" bəhanəsinə görə qərar verməsini başa düşmür və ədalətsiz qadağaya etirazını bildirib.

Seperatçı respublikanın prezidenti Valeri Bqanbanın sözlərinə görə, əsl həqiqətdə Abxaziyanın sanitar xidmətləri sitrus meyvələrində bir həşərat tapmayıb.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər