Riçard Qrenell: Türkiyəyə məhəl qoymamaq axmaqlıqdır
Tarix: 09-12-2024 10:05 | Bölmə: Dünya
Riçard Qrenell: Türkiyəyə məhəl qoymamaq axmaqlıqdır

Bəşər Əsəd rejiminin devrilməsi dünyada böyük əks-səda doğurub. Bu arada ABŞ kəşfiyyatının keçmiş rəhbəri Riçard Qrenell diqqətçəkən bir açıqlama verib.

Reyting.az
-ın məlumatına görə, Riçard Qrenell Bayden administrasiyasına reaksiyasında bildirib ki, 1952-ci ildən NATO müttəfiqi olan Türkiyəyə məhəl qoymamaq axmaqlıqdır.

Qrenell sosial media hesabında qeyd edib:

“Bayden NATO müttəfiqimiz Türkiyə ilə Suriyada baş verən xaosla bağlı işləyəcəyini söyləyə bilmədi. 1952-ci ildən NATO müttəfiqi olan Türkiyəyə məhəl qoymamaq tamamilə axmaqlıqdır”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər