Ərdoğan Rutte ilə Suriya məsələsini müzakirə edib
Tarix: 10-12-2024 13:01 | Bölmə: Dünya
Ərdoğan Rutte ilə Suriya məsələsini müzakirə edib

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Mark Rutte ilə telefonla danışıb.

Reyting.az
xəbər verir ki, telefon danışığı zamanı Suriyadakı son hadisələr müzakirə olunub.

Prezident Ərdoğan deyib ki, Suriyada vətəndaş müharibəsi başladığı gündən Türkiyə Suriyanın ərazi bütövlüyü və sabitliyinin qorunmasını müdafiə edib, Suriyanın Suriya xalqı tərəfindən idarə olunmasının vacibliyini bildirib. Eyni zamanda terrordan xilas olan Suriyada Türkiyənin quruculuq üçün əlindən gələni edəcəyini deyib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər