16:35 / 17-12-2024
Ustadın ömürlük sualı
16:19 / 17-12-2024
Həkimlərin maaşı qalxıb
Avropa Birliyi Suriyanın yeni rəhbərliyi ilə əlaqə qurmağa çalışır
Tarix: 16-12-2024 16:45 | Bölmə: Dünya
Avropa Birliyi Suriyanın yeni rəhbərliyi ilə əlaqə qurmağa çalışır

Avropa Birliyi Suriyanın yeni rəhbərliyi ilə birbaşa əlaqə qurmaq istəyir.

Reyting.az
xarici KİV-lərə istinadla bildirir ki, bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas deyib.

Onun sözlərinə görə, Avropa Birliyinin Suriyada məsul olan ən yüksək səviyyəli diplomatı gün ərzində Dəməşqə gedəcək.

Qeyd edək ki, Suriya vətəndaş müharibəsi başlayan zaman həmin diplomat Livanın paytaxtı Beyrutda yerləşdirilib.

Kallas Avropanın yüksək səviyyəli diplomatları ilə avropalıların Suriyanı idarə edən yeni insanlarla necə və hansı səviyyədə məşğul ola biləcəyi ilə bağlı məsləhətləşmələr aparmağı planlaşdırdığını açıqlayıb.

Onu da qeyd edək ki, ABŞ dövlət katibi Antoni Blinken daha əvvəl Amerika tərəfinin Bəşər Əsəd rejimini devirmiş suriyalı üsyançı Heyət Təhrir əl-Şam (HTŞ) qruplaşması ilə birbaşa əlaqə saxladığını bildirib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
11-12-2024, 08:41 Dmitri Medvedev Pekindədir

bütün xəbərlər