Türk kəşfiyyatı daha bir terrorçunu məhv edib
Tarix: 19-12-2024 11:20 | Bölmə: Dünya
Türk kəşfiyyatı daha bir terrorçunu məhv edib

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın Qamışlı bölgəsində PKK/PAJK Cezire bölgəsinin sözdə cavabdehi Nəsrin Əhməd kod adlı Yayla Kızılkayanı zərərsizləşdirib.

Reyting.az
xəbər verir ki, MİT Türkiyə, İraq və Suriyadakı silahlı fəaliyyətlərinə görə 14 yaşından PKK sıralarına qoşulan Yayla Kızılkayanı hədəf siyahısına daxil etmişdi.

Terrorçu Kızılkaya Suriyada PKK-nın qadın kadrlarının idarə olunmasına rəhbərlik edib. Terrorçu getdiyi bölgələrdə qadın işçilərlə görüşüb, onları yoxlayıb. O, həmçinin suriyalı qadınlara qarşı yönəlmiş ideoloji fəaliyyətlərin ümumi koordinasiyasına da cavabdeh olub.

MİT tərəfindən izlənən Kızılkayaya qarşı əməliyyat üçün ən uyğun vaxt təyin olunduğu zaman düyməyə basılıb. MİT-in Suriyanın Qamışlı bölgəsində keçirdiyi nöqtə əməliyyatı nəticəsində terrorçu məhv edilib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər