Rusiya Suriyadan Liviyaya hərbi texnika daşıyır
Tarix: 19-12-2024 18:04 | Bölmə: Dünya
Rusiya Suriyadan Liviyaya hərbi texnika daşıyır

Rusiyanın hava hücumundan müdafiə sistemlərini və digər silahlarını Suriyadan çıxardığı bildirilir. Suriyadan çıxarılan hərbi texnikanın bir hissəsinin Liviyaya daşındığı iddia olunur.

Reyting.az
xəbər verir ki, qərargahı Londonda olan Suriya İnsan Haqları Müşahidə Qrupu ABŞ-da nəşr olunan “Wall Street Journal” qəzetinə Rusiyanın hava hücumundan müdafiə sistemlərinin Suriyadan çıxarıldığını təsdiqləyib.

Rusiyanın Suriyada iki bazası var: Aralıq dənizi sahilindəki Tartus hərbi dəniz bazası və Latakiya liman şəhəri yaxınlığındakı Hmeymim hərbi hava bazası.

“Wall Street Journal”ın xəbərlərinə görə, Rusiya təyyarədaşıyan gəmiləri bu yaxınlarda Suriyadan Liviyanın şərqinə S-400 və S-300 hava hücumundan müdafiə sistemləri daşıyıb.

BBC-nin peyk görüntülərini qiymətləndirdiyi xəbərdə hər iki Rusiya bazasında rus hərbi maşınlarının sıxlığının olduğu bildirilib. BBC-nin hesabatına görə, bazalardakı fəaliyyət Rusiyanın Suriyadakı hərbi varlığını tamamilə geri çəkmə və ya azaltma planına hazırlıqdır.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
25-12-2024, 08:34 Ottava Pekinə etiraz edir

bütün xəbərlər