Terrorçuların lideri: Türkiyə qəbul etsə, döyüşçülərimiz ölkədən gedəcək
Tarix: 20-12-2024 11:15 | Bölmə: Dünya
Terrorçuların lideri: Türkiyə qəbul etsə, döyüşçülərimiz ölkədən gedəcək

PKK/YPG terror təşkilatının lideri “Mazlum Kobani” kod adlı Ferhat Abdi Şahin deyib ki, Suriyanın şimalında Türkiyə ilə qarşıdurmalarda atəşkəs əldə olunarsa, Suriyaya gələn xarici əsgərlər ölkəni tərk edəcəklər.

Reyting.az
-ın məlumatına görə, Mazlum Kobani bildirib ki, Suriyada yeni inkişaflar var və müharibədə onlara kömək edən döyüşçülərin başlarını dik tutaraq bölgələrinə qayıtmalarının vaxtıdır.

M. Kobani qeyd edib ki, atəşkəs həyata keçirildikdə, Suriyadan olmayan kürd döyüşçülər öz ölkələrinə gedəcəklər:

“Kürd döyüşçülərin bəziləri geriyə-bölgələrinə gedib, bəziləri getmək istəyirlər. Suriyadan olan döyüşçülərin öz ölkələrinə getməsi üçün çalışa bilərik. Türk qüvvələri və onlara bağlı qruplarla aramızda atəşkəs olarsa, PKK/KCK kadrları Suriyanın şimalını tərk edəcək”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər