Rusiyaya məxsus gəmi Aralıq dənizində qəzaya uğrayıb
Tarix: 24-12-2024 10:51 | Bölmə: Dünya
Rusiyaya məxsus gəmi Aralıq dənizində qəzaya uğrayıb

Rusiyaya məxsus “Ursa Major” ticarət gəmisi İspaniya və Əlcəzair arasındakı beynəlxalq sularda batıb.

Bu barədə “Report” “El Español” nəşrinə istinadən xəbər verir.

Nəşr qeyd edir ki, gəmi maşın şöbəsində baş verən partlayışdan sonra batıb.

Heyətin iki üzvü itkin düşüb, qalan 14 nəfər xilas edilərək İspaniyanın Kartaxena şəhərinə aparılıb.

Dekabrın 11-də Sankt-Peterburqdan yola düşən gəmi Vladivostoka gedirmiş.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər